EN

"Bəzi universitetlərdə ixtisaslar bazarın tələblərinə uyğun gəlmir" - Deputat

"Bəzi universitetlərdə bəzi ixtisaslarımız bazarın tələblərinə uyğun gəlmir. Texnologiyalar, ətraf mühit dəyişir. Yeni qlobal tendensiyalar var. Biz nə qədər sürətlə bu tendensiyalara uyğunlaşa bilirik və nə qədər sürətlə yeni ixtisaslar aça bilirik?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Fariz İsmayılzadə deyib.

"Bəlkə hansısa sahələrdə universitetlərə daha çox muxtariyyət vermək olar ki, onlar daha çevik formada ixtisaslar aça bilsinlər. Düşünürəm ki, bu məsələni Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə etməliyik", - deyə deputat bildirib.

Anar Kəlbiyev

Chosen
24
1
unikal.az

2Sources