EN

Davosda QALMAQAL: ABŞ qubernatoruna çıxış qadağan olundu

2028-ci il prezident seçkilərində potensial namizəd olan Kaliforniya qubernatoru Qevin Nyusomun Dünya İqtisadi Forumunda çıxış etməsi planlaşdırılan Davosdakı ABŞ pavilyonuna girişinə icazə verilməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Bəyannamədə bildirilir ki, “Ağ Ev və Dövlət Departamentinin təzyiqi altında” rəsmi ABŞ pavilyonu Nyusoma media ilə ünsiyyət qurmaq üçün giriş imkanı verməyib, halbuki onu forumun rəsmi media tərəfdaşı olan “Fortune” jurnalı dəvət edib.

“The Hill” xəbər verir ki, “Fortune” qubernatoru söhbətə dəvət etdiyini təsdiqləyib, lakin sonradan “USA House”dan onun iştirakını təmin etməyin mümkün olmadığı barədə bildiriş alıb.

Ağ Ev sözçüsünün müavini Anna Kelli Davosda heç kimin üçüncü dərəcəli qubernator Nyusomun kim olduğunu bilmədiyini deyərək, onun xaricə səfərini tənqid edib.

ABŞ maliyyə naziri Skott Bessent isə Amerikan pavilyonunda keçirilən brifinqdə qubernatorun iqtisadi siyasətini Kaliforniyadan köçün artması və büdcə defisiti ilə əlaqələndirərək tənqid edib və onu “özündənrazı” və “iqtisadi cəhətdən savadsız” adlandırıb.

ABŞ prezidenti Donald Trampla Kaliforniyada hakimiyyətdə olan demokratlar arasında konflikt artıq bir neçə ildir davam edir.

“Politico” daha əvvəl yazıb ki, Nyusom forum platformasından ABŞ prezidentinin iqtisadi siyasətini tənqid etmək üçün istifadə etməyi planlaşdırır. O, həmçinin varlı auditoriyanı Trampın fəaliyyətində “şərik” olmaqda ittiham etməyi nəzərdə tuturdu.

Chosen
48
1
nocomment.az

7Sources