EN

İllərin əfsanəsi taxtından endirildi İndi hər kəs belə maşınlar alır...

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin ilk yarısı avtomobil bazarı üçün mühüm dəyişikliklər və yeni tendensiyalar vəd edir. Qlobal avtomobil sənayesində baş verən texnoloji yeniliklər, elektromobil və hibrid modellərə artan maraq, eləcə də qiymət siyasətində müşahidə olunan dəyişikliklər yerli bazara da birbaşa təsir göstərir. Xüsusilə son illər Prius kimi klassik hibrid modellərin yerini tədricən BYD kimi daha münasib qiymətli və texnoloji cəhətdən inkişaf etmiş avtomobillərin tutması bazarda yeni balans yaradıb. Bu proses fonunda alıcı davranışları dəyişir, taksi və gündəlik istifadə üçün daha sərfəli, az yanacaq sərf edən və etibarlı avtomobillərə üstünlük verilir. Bununla bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, artıq Prius modellərinin yerini BYD avtomobilləri tutmağa başlayıb:“Bu gün xüsusilə taksi sektorunda və ümumilikdə gündəlik iş üçün istifadə olunan avtomobillərin böyük əksəriyyəti BYD markasına məxsusdur. BYD avtomobilləri həm alış qiymətinə görə sərfəlidir, həm komfortludur, həm də etibarlılığı ilə seçilir. Yəni demək olar ki, hər tərəfdən vətəndaş üçün əlverişli avtomobillərdir. Məhz bu səbəbdən BYD artıq təkcə yerli bazarda deyil, dünya miqyasında da üstün mövqeyə sahibdir”. O əlavə edib ki, 2025-ci ildə BYD dünyada ən çox avtomobil istehsal edib satan marka olub:“Şirkət il ərzində təxminən 4 milyon 100 min avtomobil istehsal edib və satışa çıxarıb. Bu göstərici artıq qlobal avtomobil bazarında ciddi iddia və güc deməkdir. Qiymətlərin münasib və nisbətən aşağı olması ümumi bazara da təsir göstərir. Rəqabət mühitində alıcılar daha ucuz, komfortlu və etibarlı avtomobillərə üstünlük verirlər. BYD isə bu tələblərin hamısına cavab verdiyi üçün bazarda sürətlə populyarlaşır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
68
demokrat.az

1Sources