EN

Kadr siyasəti köklü şəkildə dəyişməlidir Razi Nurullayev

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Mənim səsləndirdiyim fikir kimlərisə hədəf almaq üçün deyil, ümumi idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət edən mövqedir”

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, son illərdə ölkədə bu proses gedir, ancaq daha da sistemli olmalıdır:

“Doğrudur, son illərdə ölkədə kadr islahatları aparılır, gənc və peşəkar mütəxəssislər irəli çəkilir. Bu, müsbət prosesdir və bunu danmaq olmaz. Ancaq düşünürəm ki, bu proses daha sistemli, şəffaf və dərin olmalıdır”,- deyə o bildirib.

Nurullayev o cümlədən deyib:

“Mən konkret olaraq bir neçə istiqaməti vacib hesab edirəm. Birincisi, vəzifələrə təyinat zamanı şəxsi münasibətlərə yox, real peşəkarlığa, idarəetmə bacarığına və nəticəyə görə məsuliyyət prinsipinə üstünlük verilməlidir. İkincisi, məmurların fəaliyyəti üçün ölçülə bilən göstəricilər müəyyən olunmalı, işləməyən, cəmiyyətlə ünsiyyət qura bilməyən, vətəndaş narazılığı yaradan şəxslərlə bağlı qərarlar açıq və gecikmədən verilməlidir. Üçüncüsü, regionlarda idarəetmə xüsusi diqqət tələb edir. Bəzi yerlərdə hələ də köhnə idarəçilik üslubu qalır – qapalı, formal və vətəndaşdan uzaq. Bu isə həm iqtisadi təşəbbüsləri zəiflədir, həm də dövlətə olan inamı azaldır.

Deputat ad çəkməyi düzgün hesab etməyib:

“Mən konkret adlar çəkməyi düzgün saymıram. Çünki məsələ ayrı-ayrı şəxslərdən daha çox, sistemin özünün təkmilləşdirilməsidir. Məqsəd tənqid xatirinə tənqid yox, daha çevik, məsuliyyətli və xalqa yaxın idarəetmə modelinin formalaşmasıdır. Əminəm ki, sağlam tənqid və təkliflər də məhz ölkənin daha güclü və dayanıqlı inkişafına xidmət edir”.

Qeyd edək ki, Razi Nurullayev kadr siyasətinin dəyişilməsi barədə paylaşım edib.

Deputat bu barədə deyib:

“Azərbaycanın daha yaxşı inkişafı üçün ciddi, köklü islahatlar vacibdir. Kadr siyasəti kökündən dəyişməlidir”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
72
icma.az

1Sources