EN

Dövlət bankının yeni sədri Nəbiyeva kimdir?

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verildiyi kimi, “Azər-Türk Bank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarı ilə Nəbiyeva Günel Nizami qızı Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.Demokrat.az Metbuat.az-a istinadən Günel Nəbiyevanın dosyesini təqdim edir.Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb. O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub.2022-2025-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, Holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülmüşdür. Hazırda Bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
12
demokrat.az

10Sources