EN

Torpaq sahəsini özbaşına tutanları hansı cəza gözləyir?

AzVision.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - təqsirkar şəxs (şəxslər) üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edilib ki, yuxarıda göstərilən əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - təqsirkarı beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Qanunvericiliyə əməl etmək isə hamımızın borcudur.

AzVision.az
Chosen
132
12
azvision.az

10Sources