EN

İranın  Londondakı konsulluq binası boşaldılır? 

Sosial mediada yayılan paylaşımlarda İranın Londondakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşlarının binadan təxliyə edildiyi bildirilib. Paylaşımlarla yanaşı, Konsulluq bölməsinin binasından mebel və müxtəlif avadanlıqların çıxarıldığını əks etdirən videolar da internetdə yayılıb.

Görüntülərdə konsulluq binasından əşyaların daşındığı, binanın isə sürətlə boşaldıldığı müşahidə olunur. Hadisə ilə bağlı rəsmi Tehran və ya Britaniya tərəfi hələlik açıqlama verməyib.

Məsələ ilə bağlı iranlı siyasi fəal Səid Şəmirani də “Instagram” hesabında paylaşım edib. O, yayımladığı görüntülərə şərh olaraq “Londonda cinayətkar İslam Respublikasının casus yuvasında sənədlərin təxliyəsi və məhv edilməsinə başlanılıb”, – deyə, yazıb.

Chosen
26
veteninfo.az

1Sources