
Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə fələstinli həmkarı Mahmud Abbasla danışıqlar aparacaq.
Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağını müzakirə edəcəklər.
Qeyd olunub ki, bundan əlavə Putin və Abbas ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Daşqın HəsənovMissiya.Az