EN

"Səbail"dən növbəti transfer - RƏSMİ

“Səbail” qış fasiləsində növbəti trasnferini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, Bakı klubu U-21 millimizin üzvü Qurban Səfərovu heyətinə cəlb edib.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Son klubu “Mingəçevir” olan hücumçu ilə mövsümün sonuna qədər müddətə müqavilə imzalanıb.

"Səbail" bu qış "Kəpəz"dən müdafiəçi Raul Məmmədovu, "Difai"dən yarımmüdafiəçi Roman Hüseynovu, "Şahdağ Qusar"dan hücumçu Roman Voronsovu transfer edib. Həmçinin Rəhman Hacıyev "dənizçilər"lə yollarını ayırıb, müdafiəçi Emin Rüstəmov isə "Karvan-Yevlax" klubuna icarəyə verilib.

Chosen
17
fanat.az

1Sources