Hüquq-mühafizə orqanları Baş Prokurorluğun Dövlət Dumasının keçmiş deputatı Anatoli Voronovskiyə qarşı antikorrupsiya iddiasında adı hallanan Krasnodar diyarı üzrə nəqliyyat naziri Aleksey Pereverzevi saxlayıb...
Poliqon xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndələri məlumat verib.
Mənbənin sözlərinə görə, məmur korrupsiya cinayətlərində iştirakda şübhəli bilinir. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bir gün əvvəl Baş Prokurorluq toxunulmazlığını itirmiş və korrupsiyada ittiham olunan Dövlət Dumasının deputatı Anatoli Voronovskinin və onun ailə üzvlərinin əmlakına həbs qoyulmasını istəyib.
Poliqon.info