EN

​Bu şəhərdə 9 gün yağış dayanmayacaq

Türkiyədə bir neçə gün davam edən güclü qar və çovğun səngisə də, yağıntılı hava şəraiti davam edir. Bu gün səhər saatlarından başlayaraq, İstanbulun da daxil olduğu 15 vilayətdə aramsız yağış yağır.
Metbuat.az xəbər verir ki, Meteorologiya Baş İdarəsindən yağıntılı hava şəraitinin ayın sonuna kimi davam edəcəyi bildirilib. Meteoroloqlar İstanbulla bağlı xüsusi məlumat yayıblar. İstanbul sakinlərinə yağıntılı hava şəraitinin 9 gün davam edəcəyinə dair xəbərdarlıq olunub. Bu gün səhər saatlarından başlayayan yağışın yanvarın 30-u gecə yarısına kimi davam edəcəyi vurğulanıb. İstanbulla yanaşı, Antalya, Adıyaman, Balıkesir, Hatay, Muğla və digər böyük şəhərlərdə də fasiləsiz yağış yağacağı açıqlanıb.

Dağlıq və dağətəyi rayoinlarda qar yağacağı, yolların buz bağlayacağı ehtimalı var.

Chosen
24
metbuat.az

1Sources