EN

Cəlilabadda avtomobil aşdı: ağır xəsarət alanlar var – FOTO

Cəlilabadda yolun buz bağlaması qəzaya səbəb olub.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə yeni Ələt–Astara magistralının 100-km-də Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və avtomobil sürüşərək yol kənarına aşıb.

İlkin məlumata görə qəza nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar. Vəziyyətləri ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya səbəb yolun buz bağlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
47
8
nocomment.az

9Sources