EN

Filippin Prezidenti ÖLÜM AYAĞINADADIR

Ajans.az PhilStar Global nəşrinə istinadənxəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Kler Kastro brifinq zamanı məlumat verib. “Prezident tibbi müşahidə altında olduğu müddətdə də vəzifələrini icra edib və daha sonra Malakananq sarayına (rəsmi iqamətgah) qayıdıb”, – deyə Kastro bildirib. Sözçü dövlət başçısının səhhətinin pisləşməsinin konkret səbəbini açıqlamayıb. Onun sözlərinə görə, prezident özünü narahat hiss etdiyindən ehtiyat tədbiri olaraq gecəni həkimlərin nəzarəti altında keçirmək qərarına gəlib. Kastro Markosun istirahət etməsinin tövsiyə olunduğunu və hazırda vəziyyətinin sabit olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, prezidentin həmin gün üçün iki şəxsi görüşü planlaşdırılıb. Nəşrin məlumatına görə, Ferdinand Markos Jr. 2025-ci ilin Görkəmli Gənc Şəxslər mükafatlandırma mərasimində iştirak etməli idi. Lakin tədbirdə onun adından icraçı katib Ralf Rekto iştirak edib.

 

Chosen
66
Ajans.az

1Sources