Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kosla Ermənistanla sülh prosesini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Marta Kos “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, görüş zamanı Avropa İttifaqının Ermənistanla sülh sazişinin icrasına verdiyi dəstək müzakirə olunub.
Tərəflər, həmçinin Avropa ilə Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.