EN

Bakıda motosikletlə minik avtomobili toqquşub, 1 nəfər ölüb - YENİLƏNİB-1

Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

"Bu hadisədə 19 yaşlı gənc həyatını itirdi. Növbəti belə qəzaların baş verməməsi üçün qaydalara əməl etmək vacibdir. Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər", NİİM-dən bildirilib.

***

09.35

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə dünən gecə saatıarında Nərimanov rayonunda baş verib.

1994-cü il təvəllüdlü Tural Şəfizadə idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Ramal Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosiklet ilə toqquşub.

Hadisə nəticəsində Ramal Səfərli ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

21.01.2026, 22:35

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, motosikletlə “Renault” markalı avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü ağır dərəcəli bədən xəsarətləri alıb və huşsuz vəziyyətdə təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Əraziyə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bakıda Bakıda Bakıda
Chosen
84
2
apa.az

10Sources