EN

Umerov Davosda Kuşner və Vitkoffla görüşdü: müzakirə olunan əsas məsələlər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Davosda Ukrayna nümayəndə heyəti ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoffla görüş keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rustem Umerov məlumat verib.

“Amerikalı tərəfdaşlarımız – Cared Kuşner və Stiv Vitkoffla ayrıca görüş baş tutdu”, – deyə Umerov bildirib.

Onun sözlərinə görə, danışıqlarda əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı bərpa prosesi və Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub. “Partnyorları Rusiyanın mülki infrastruktura növbəti hücumları barədə məlumatlandırdıq. Xüsusilə Kiyevdəki vəziyyəti – zərbələr nəticəsində milyonlarla insan işıqsız və istiliksiz qaldığını qeyd etdik”, – deyə Umerov vurğulayıb.

MTMŞ katibi əlavə edib ki, müharibədən sonra Ukraynanın bərpası planlarında iştirak edən ABŞ-ın ən böyük investisiya şirkətlərindən birinin nümayəndələri ilə də görüş keçirilib. O qeyd edib ki, "BlackRock" investisiya şirkətinin təmsilçiləri ilə keçirilən görüşdə David Araxamiya və Aleksandr Kamişin də iştirak ediblər. Bundan başqa, Umerov Norveçin baş naziri Yonas Qar Störe və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə də görüşdüyünü bildirib.

Xatırladaq ki, bundan əvvəl həm Amerika, həm də Rusiya tərəfi Kuşner və Vitkoffun yanvarın 22-də Moskvaya gedərək Rusiya diktatoru Vladimir Putinlə görüşəcəyini açıqlamışdı.

Bu gün Ukrayna prezidenti Vladimir Zelenski Davosa səfər edəcək və Donald Trampla görüş keçirəcək.

Ukrayna mətbuatının məlumatına görə, Avropa liderləri Davosdakı görüşləri Ukraynadakı müharibənin başa çatdırılmasının müzakirəsi üçün istifadə etməyi planlaşdırırdılar. Lakin ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri gündəliyi qismən dəyişib.

Bu səbəbdən bir sıra Avropa liderləri bildiriblər ki, Davosda ümumiyyətlə bu mövzu müzakirə olunmur və tərəflər guya hansısa “uydurma müharibə”dən danışırlar.

“Ukraynada real müharibə gedir. Qrenlandiya diqqətimizi əslində danışmalı olduğumuz mövzudan yayındırır. Hazırda ruslara qarşı real döyüşün getdiyi, həqiqətən mübarizə aparılmalı olan müharibəyə fokuslanmaq daha düzgün olardı”, – deyə Norveçin xarici işlər naziri Espen Bart Eide dünən şərh edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
icma.az

1Sources