EN

Ukrayna ilə bağlı danışıqlarda böyük irəliləyiş əldə olunub - Trampın xüsusi elçisi

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı aparılandanışıqlarda böyük irəliləyiş əldə olunub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusielçisi Stiv Uitkoff Rusiya səfəri ərəfəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar artıq yekunmərhələdədir. Uitkoff Ukrayna münaqişəsinin nizamlanmasınanikbinliklə baxdığını qeyd edib.

“Düşünürəm ki, biz ciddi irəliləyiş əldə etmişik. Hesab edirəmki, prosesin əvvəlində müəyyən qarışıqlıq var idi, mən kifayətqədər tez-tez Moskvaya səfər edirdim, lakin düşünürəm ki, busəfərlər vacib idi, çünki hazırda biz yekun mərhələdəyik”, – deyəo, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsindəjurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün Uitkoffun ABŞ liderinin kürəkəni CaredKuşnerlə birlikdə Rusiyaya səfər edəcəyi və Vladimir Putinləgörüşəcəyi gözlənilir.

Stiv Uitkoff və Cared Kuşner son aylarda ABŞ administrasiyasınınUkrayna münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasıistiqamətində apardığı təmaslarda fəal iştirak edirlər. Onlarmüxtəlif tərəflərlə danışıqlar üçün kanallarının açıq saxlanmasınavə mümkün kompromis variantlarının müzakirəsinə yönəlmiştəşəbbüslərdə iştirak edirlər.

Məqalədə:
Chosen
182
1
az.trend.az

2Sources