BAKI, 22 yanvar. TELEQRAF
Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib.
Teleqraf xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb.
"2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb. Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) platformasında tətbiq edilən yeni funksionallıqlar, eləcə də 2025-ci ilin may ayından elektron audit mexanizminin istifadəyə verilməsi nəzarətin və şəffaflığın daha da gücləndirilməsinə imkan yaradıb", - o vurğulayıb.