EN

Sinqapur ABŞ-dan patrul təyyarəsi və torpedalar alacaq

ABŞ Dövlət Departamenti 2.3 milyard dollar dəyərindəki patrul təyyarələrinin və torpedaların Sinqapura satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 4 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsinin, 8 ədəd MK 54 MOD 0 yüngül torpedasının və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı ABŞ-ın “Boeing” şirkəti olacaq. MK 54 yüngül torpedaların əksəriyyəti isə birbaşa ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatlarından alınacaq.

Chosen
2
poliqon.az

1Sources