EN

Azərbaycan vətəndaşı Moskvada öldü

Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Faiq Ələkbərov Moskvada avtomobil qəzasında ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Hadisə Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.

Ötən gün F.Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.

Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
55
10
metbuat.az

10Sources