Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.
Publika.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Rüstəmov təyin edilib. O bu təyinatadək İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakansiyaya çıxarılıb. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev olub.