EN

Sabah hava necə olacaq?

Bakı. Trend:

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Trend xəbərverir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti,gündüz 4-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civəsütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %,gündüz 65-70 % təşkil edəcək.

Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlamaehtimalı var.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakingündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qaryağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayimqərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti,dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta,gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buzbağlayacaq.

Məqalədə:
Chosen
52
49
az.trend.az

10Sources