EN

Lerikdə damı çökən evdə 3 nəfər olub - fotolar

Lerik rayonunun Hamarmeşə kəndində yağmış güclü qar nəticəsində bir evin dam örtüyü uçub.

Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikovun  Modern.az-a verdiyi açıqlamaya görə hadisə zamanı heç kim xəsarət almayıb:

“Bir mərtəbəli, kiçik ev idi. Həmin vaxt ailənin 3 üzvü evdə olub. Xoşbəxtlikdə heç kim xəsarət almayıb”.

O qeyd edib ki, Lerik rayonu üzrə çətin hava şəraitində bənzər hal heç yerdə baş verməyib.

Damı çökmüş ev kəndin sakini Asəf Muradova məxsusdur.

Chosen
64
2
modern.az

3Sources