EN

® "Tibb və hüquq prizmasından orqan transplantasiyası" mövzusunda Tibb Tələbələrinin I Forumu keçiriləcək

Yanvar 24-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi ilə Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi ilə "Tibb və hüquq prizmasından orqan transplantasiyası" mövzusunda Tibb Tələbələrinin I Forumu keçiriləcək.

Forumda “Meyitdən orqan transplantasiyası: Beyin ölümünün təyini kriteriyaları”, “Transplantasiya və insan həyatı: elmi nailiyyətlər, bu günün reallıqları və gələcəyin perspektivləri”, “Həyatı hədiyyə verməyin gücü: Mən niyə donor olmalıyam?” və “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzularında yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 4 məruzə dinləniləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəkildə həyata keçiriləcək.

Forum Mərkəzi Gömrük Hospitalının akt zalında keçiriləcək.

Tədbir proqrama uyğun olaraq tibb tələbələri üçün nəzərdə tutulub.

Yerlər məhdud olduğu üçün mütləq qeydiyyatdan keçmək lazımdır.

Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!

Tədbir barədə link vasitəsilə əlavə məlumat almaq mümkündür.

 

 

Chosen
66
azertag.az

1Sources