EN

Qardaş ölkədə dəhşətli yanğın: Ölənlər var

Pakistanın Karaçi şəhərində yerləşən ticarət mərkəzində 17 yanvar tarixində baş verən yanğın nəticəsində həyatını itirənlərin sayı 60-a yüksəlib.

"Cebheinfo.az" “Dawn” qəzetinə istinadən xəbər verir ki, Karaçidəki ticarət mərkəzində baş verən yanğından sonra axtarış-xilasetmə qrupları dağıntılar altında axtarış işlərini davam etdirir.

Xilasetmə əməkdaşlarının ticarət mərkəzində yerləşən dükanlardan birindən təxminən 30 cəsəd çıxarmasından sonra ölənlərin sayı 60-a çatıb.

Meyitlər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün morqa göndərilib. Bildirilir ki, onlarla şəxsdən hələ də xəbər yoxdur.

Qeyd edək ki, Karaçidə yerləşən ticarət mərkəzində yanğın 17 yanvar tarixində baş verib.Yanğın nəticəsində qismən çökmüş ticarət mərkəzi və plazanın daxil olduğu kompleksin təxminən 8 min kvadratmetr əraziyə yayıldığı və burada 1200 mağazanın yerləşdiyi böyük bir obyekt olduğu bildirilib.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Chosen
83
cebheinfo.az

1Sources