EN

“City Mall”da QƏTL: Mühafizəçilər 24 yaşlı oğlanı döyərək ÖLDÜRDÜ – VİDEO

Sankt-Peterburqda ticarət mərkəzində mühafizəçilər oğurluq edən gənci öldürüblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburqda yerləşən “City Mall” ticarət mərkəzində faciəvi hadisə baş verib. Mühafizə əməkdaşları mağazada oğurluq edən 24 yaşlı gənci saxlamaq istəyərkən ehtiyatsızlıqdan onu öldürüblər.

Məlumata görə, gənc oğlan mağazadan oğurluq edib. Bildirilir ki, bu, onun ilk əməli olmayıb.

Mühafizəçilər onu saxlamağa çalışdıqda gənc müqavimət göstərib. O, qaz tapançasını çıxararaq mühafizəçilərə atəş açmağa başlayıb.

Buna baxmayaraq, əməkdaşlar onu zərərsizləşdirə biliblər. Lakin qarşıdurma zamanı gənc sərt şəkildə yerə çırpılıb və huşunu itirib.

Təcili yardım hadisə yerinə 15 dəqiqə sonra gəlib. Bu müddət ərzində mühafizəçilər zərərçəkəni özünə gətirməyə çalışıblar.

Gənc xəstəxanaya çatdırılsa da, aldığı xəsarət ölümcül olub və o, tibb müəssisəsində dünyasını dəyişib.

Faktla bağlı iki mühafizəçi (64 və 19 yaşlı) və bir nəfər 18 yaşlı təmizlik işçisi saxlanılıb.

Daha bir mühafizəçi isə hadisə yerindən qaçıb, hazırda onun axtarışları davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
interpress.az

1Sources