EN

Keçən il Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 262 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 262 milyon 729 min 90 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq, 22 milyon 128 min 90 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 643 milyon 742 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 31 milyard 931 milyon 878 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Chosen
6
10
turkic.world

10Sources