EN

Lerikdə güclü qar: evin damı çökdü

Lerik rayonunda yaşayış evinin dam örtüyü qarın ağırlığından çöküb.
ONN media xəbər verir ki, hadisə rayonun Hamarmeşə kəndində baş verib.
Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü hündürlüyü bir metrə çatan qarın ağırlığına davam gətirməyərək çöküb. Bu zaman ailənin iki üzvü evdə olsa da, onlar xəsarət almayıblar.
Hadisə ilə bağlı aidiyyətı qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.
Chosen
79
2
onn.az

3Sources