EN

Seçicilər Qüdrət Həsənquliyevə minnətdarlıq məktubu ünvanlayıb

Xətai rayonu, Gəncə prospektinin bir qup sakini adından Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevə minnətdarlıq məktubu ünvanlanıb. ƏHD-dən "Olaylar"a bildirilib ki, məktubda partiya sədrinə minnətdarlıq bildirilib: "Hörmətli Qüdrət müəllim, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 95, 97, 111 və 113 nömrəli yaşayış binaları sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Zığ yolu beton yolu istiqamətindən General Şıxlinski və General Mehmandarov küçələrində yerləşən yaşayış sahələrinə ictimai nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə döngənin yaradılması və müvafiq yol nişanlarının quraşdırılması məsələsində göstərdiyiniz diqqət və operativ dəstək sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Görülmüş bu işlər, ərazidə yaşayan vətəndaşların gündəlik hərəkətlərini xeyli asanlaşdırıb, nəqliyyat əlçatanlığını və ümumi rahatlığı artırıb. Sakinlərin müraciətinə həssas yanaşmanız və problemin həllinə verdiyiniz töhfə üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. Gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq".
Millət vəkili Qüdrət Həsənquliyev də öz növbəsində vətəndaşların problemlərinin həll olunduğu üçün müvafiq dövlət orqanlarına təşəkkürünü bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
150
9
olaylar.az

10Sources