EN

Əraqçidən Trampa mesaj: İsrailin xəyali ssenarilərinə inanmayın

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ tərəfindən hər cür hücumlara məruz qaldığını iddia edib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Əraqçi bölgədə "diplomatiyanın son uğursuzluğu" kimi yeni bir təhlükənin ortaya çıxmasına diqqət çəkib.

O, mümkün müharibənin nəticələri barədə xəbərdarlıq edib: "Belə bir münaqişə, şübhəsiz ki, xaos və zorakılıqla nəticələnəcək . Bu da İsrail və onun nümayəndələrinin Ağ Evə təqdim etməyə çalışdıqları xəyali zaman proqnozlarından daha uzun müddət davam edəcək".

Chosen
15
publika.az

1Sources