EN

Trampdan şok sözlər: “Mən DİKTATORAM” – Dünya TƏHLÜKƏDƏ!

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı sərt və mübahisəli açıqlaması ilə gündəm olub.

Tramp özü haqqında səsləndirilən tənqidlərə toxunaraq auditoriya qarşısında diqqətçəkən ifadə işlədib.

“Adətən deyirlər ki, “o dəhşətli adamdır – diktatordur”, Mən diktatoram. Amma bəzən diktator lazımdır”, – deyə Tramp bildirib.

Asif Şəkərli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərlinin sözlərinə görə, Trampın ortaya qoyduğu idarəetmə modeli, onun siyasi ideologiyası və cəmiyyət üzərində təsirini ifadə edən bir metafora olan Trampizm, siyasi populizm, milli maraqların üstün tutulması və qeyri-ənənəvi idarəetmə tərzini özündə ehtiva edir:

“Tramp hər zaman xalqın səsini öz üstünlüyünə çevirməyə çalışır. Onun ritorikası, daxili bazar, iqtisadi inkişaf və xarici siyasətdə hegemonluq siyasətini gücləndirməklə bərabər, sadə və kəskin ifadələr üzərində qurulub – “Əvvəlcə Amerika!” bu siyasətin əsas şüarıdır. Trampın idarəetmə modeli, təkcə rəqiblərə qarşı deyil, həm də mətbuat və “sistem”ə qarşı mübarizə üzərində qurulub. Tramp müxalif düşüncəni “dərin dövlətin” bir hissəsi kimi təqdim edərək onu legitimliyini itirmiş kimi göstərir”.

Şərhçi qeyd edib ki, Trampın liderliyi altında ABŞ beynəlxalq münasibətlərdə ənənəvi qaydalardan kənara çıxır:

“Müttəfiqlər üzərində təzyiq, rəqiblərlə qeyri-formal əməkdaşlıq və iqtisadi maraqların ön planda olması Trampizmin əsas xarici siyasət xəttini təşkil edir. Trampın idarəetmə üsulu ABŞ-nin beynəlxalq səviyyədə nüfuzuna mənfi təsir göstərir. Bir zamanlar qlobal siyasətin lideri hesab edilən Vaşinqton, indi isə qeyri-müəyyən və mübahisəli qərarları ilə diqqət çəkir.

Nəticə etibarilə, Trampın siyasəti yalnız təəccüb doğurmur, həm də dünyanın gələcəyi üçün ciddi suallar yaradır. Demokratiya və beynəlxalq hüququn gələcək perspektivi bu siyasət fonunda daha çox müzakirə edilir”.

Tunar

Chosen
77
nocomment.az

1Sources