“Liverpul”un kapitanı Vircil van Deyk Çempionlar Liqasının VII turunda qarşılaşdıqlarlı “Marsel” oyunu barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar”ın kapitanı növbəti turda üz-üzə gələcəkləri “Qarabağ” görüşünə də toxunub:
“Yaxşı oyun, layiqli qələbə. Amma artıq növbəti matç barədə düşünürük. Belə sıx qrafikdə pley-off matçlarından qaçmalıyıq. Gələn həftə hər şey bizdən asılı olacaq. Səkkiz komanda arasına düşmək lazımdır. İndi biz rahat möqvedəyik, amma hər şey gələn həftə həll olunacaq”.
Xatırladaq ki, “Liverpul” 8-ci turda “Qarabağ”ı qəbul edəcək.