EN

3000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

"Cebheinfo.az" xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

"Cebheinfo.az"

Chosen
72
16
cebheinfo.az

10Sources