EN

Marko Rubio Sülh Şurası iştirakçılarının sayının genişləndiyini elan edib

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Sülh Şurasının yaradılması təşəbbüsünə daha çox dünya lideri qoşulacaq.

"Far.Az"un Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu barədə "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində çıxışı zamanı bildirib.

"Bir çox liderlər artıq qoşulub, digərləri isə daxili prosedurları keçəcək və onlar da Sülh Şurasının bir hissəsi olacaqlar. Bu, uğurlu bir təşəbbüs olacaq və ona daha çox ölkə qoşulacaq", - M.Rubio qeyd edib.

M.Rubio vurğulayıb ki, bəzi liderlər bu gün iştirak etmirlər, çünki onların konstitusiya tələbləri çərçivəsində iştirakını razılaşdırmaq lazımdır. Bununla belə, o, iştirakçıların sayının artacağına əminliyini ifadə edib: "Çünki bir çox ölkələr təşəbbüsün bir hissəsi olmaq istəyirlər və onun uğurlu nəticəsini gözləyirlər".

Chosen
86
far.az

1Sources