EN

Hakan Fidan sabah İstanbulda Balkan ölkələrinin XİN rəhbərləri ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə yanvarın 23-də İstanbulda Balkan Sülh Platformasının ikinci iclası keçiriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, sözügedən görüşə Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo Şimali Makedoniya və Serbiya XİN rəhbərlərinin qatılacağı gözlənilir.

Qeyd olunub ki, iclasda regional mülkiyyət prinsipinin əhəmiyyəti, Balkan Sülh Platformasının mövcud regional və beynəlxalq proseslərə alternativ deyil, əksinə, onları tamamlayacaq və dəstəkləyəcək bir vasitə olması, Türkiyənin Balkanlarda sülhə, dialoqa və rifaha töhfə verəcək konkret layihələrə əsaslanan əməkdaşlıq üçün zəmin yaratması, Avropa İttifaqının genişlənmə prosesinin regional həssaslıqları nəzərə alan və birləşdirici bir çərçivədə aparılmasının vacibliyi vurğulanacaq.

Daşqın HəsənovMissiya.Az

Chosen
106
3
missiya.az

4Sources