Qaradağda qanunsuz ov edən şəxslər saxlanılıb
Qaradağda qanunsuz ov edən iki nəfər saxlanılıb. 1news.az xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci PŞ əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sahil qəsəbəsi ərazisində müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb. Araşdırma aparılır.