EN

Ötən il bu sayda şəxs motosiklet və moped sürücülərinin qurbanı olub (ÖZƏL)

2025-ci ilin 12 ayı ərzində respublika yollarında motosiklet vəmoped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlənəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisiİdarəsindən bildirilib.

Qeyd edilib ki, həmin hadisələr nəticəsində 12 nəfər həyatınıitirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraqyaralanıb. Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyatvasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağırnəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.

"Aparılan araşdırmalar göstərir ki, motosiklet və mopedsürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürəthəddinin aşılması, təhlükəli manevrlər, digər nəqliyyat vasitələriilə məsafənin düzgün saxlanılmaması, eləcə də yol şəraitinin vənəqliyyat axınının düzgün qiymətləndirilməməsi bu tip yol-nəqliyyathadisələrinin başlıca səbəbləri sırasındadır. Fiziki qoruyucukonstruksiyalara malik olmayan bu nəqliyyat vasitələrində hər biryanlış qərar ağır xəsarət və ya ölümlə nəticələnə bilir. Xüsusiləqeyd olunmalıdır ki, motosiklet və moped sürücüləri yol hərəkətininən həssas iştirakçıları olmaqla yanaşı, qaydalara əməl edilmədiyihallarda yüksək risk yaradan kateqoriyaya daxildir. Onların yolhərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumitəhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcəmotosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkətiiştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet və mopedsürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəlimanevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyəçağırır.

Məqalədə:
Chosen
77
20
az.trend.az

10Sources