EN

“Beşiktaş” Premyer Liqa klubuna 20 milyon ödəyəcək?

“Beşiktaş” müdafiə xəttini gücləndirmək üçün “Vulverhempton”un futbolçusu Emmanuel Aqbadunun transferi ilə bağlı danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Fil Dişi Sahilindən olan mərkəz müdafiəçisi üçün 20 milyon avro tələb edir.

“Beşiktaş”ın son təklifinin isə təxminən 15 milyon avro olduğu bildirilir. İngilis klubunun hazırkı mərhələdə istədiyi məbləğdən aşağı düşməyə isti yanaşmadığı qeyd olunub.

Aqbadou bu ilin yanvarında “Reyms”dən 19 milyon avro qarşılığında “Vulverhempton”a transfer edilib.

Chosen
25
idmanxeber.az

1Sources