Dünyanın ən böyük yaşayış xərcləri və həyat keyfiyyəti məlumat bazası olan Numbeo-nun məlumatlarına görə, Ermənistan Cənubi Qafqaz ölkələri arasında yaşamaq üçün ən bahalı ölkədir.
"Yeni Sabah" xəbər verir ki, Ermənistan indeksdə 87-ci, Gürcüstan 116-cı, Azərbaycan isə 122-ci yerdədir.
Türkiyə 93-cü, Rusiya isə 104-cü yeri tutur.
İndeks yaşayış xərclərini, ərzaq və mənzil qiymətlərini, cinayətkarlıq səviyyəsini, səhiyyə xidmətlərinin keyfiyyətini, nəqliyyat keyfiyyətini və digər amilləri nəzərə alır.
Telegram kanalımız