EN

Bu içkilər Alzheimer xəstəliyi riskini artırır

Amerikalı nevroloq Ostin Perlmutter Alzheimer xəstəliyinin qarşısını almaq üçün bəzi qidalardan imtina etməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, "Daily Mail" həkimin məsləhətini dərc olunub.

Onun sözlərinə görə, şəkərli içkilər beyinə ciddi zərər vurur. Perlmutter iddialarını əsaslandırmaq üçün tədqiqatlara istinad edərək bildirib ki, ən çox şəkərli içki qəbul edən insanlarda Alzheimer xəstəliyinə tutulma riski təxminən iki dəfə yüksəkdir.

"Şirin içkilər əksər insanlar üçün heç bir qida dəyəri vermir, həddindən artıq şəkər istehlakı isə metabolik pozğunluqlar və iltihab riski ilə əlaqələndirilir. Bunlar Alzheimer də daxil olmaqla neyrodegenerativ xəstəliklərin inkişaf riskini artıran amillərdir", - deyə Perlmutter xəbərdarlıq edib.

Nevroloq vurğulayıb ki, o, şüurlu şəkildə seçimlərini dəyişdirməyə çalışır və minimum şəkərli və ya şəkərsiz içkilər seçir.

Chosen
141
publika.az

1Sources