"Əməliyyat zamanı hansısa texniki və cərrahi çətinlik yaranmayıb. Əgər ehtiyac olarsa əməkdaşlıq etdiyimiz xarici həkimlər sistemə müdaxilə edə bilirlər. Onu da bildirim ki, robotik cərrahiyyə sistemi özü heç bir qərar qəbul etmir. Robotik cərrahi əməliyyatı qan itkisini minimuma endirməyə də kömək edir. Bu ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha çətin əməliyyatların icrasına töhfə verəcək".