Sülh Şurasının tərkibinə 50-dən çox ölkə daxil olacaq.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Sülh Şurasının təsis mərasimindən sonra jurnalistlərə bildirib.
"Onların sayı 50-dən çoxdur", - o deyib.
Qeyd edək ki, bu gün Davosda Trampın təşəbbüsü ilə Sülh Şurası nizamnaməsinin imzalanma mərasimi keçirilib.