EN

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başladı - FOTOLAR

Yanvarın 17-də Hədəf STARS kampusunda “Turan Balabilgə Akademiyası”nın fəaliyyətə başlaması münasibətilə təqdimat mərasimi keçirilib.

Demedia.az-ın məlumatına görə, akademiyanın elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev bildirib ki, “Turan Balabilgə Akademiyası” Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində-2025-ci il dekabrın 5-də Hədəf Liseyində təsis edilib. Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və elmi irsinin qorunması və təbliği, eləcə də məktəblilər arasında akademik və mədəni əlaqələrin gücləndirilməsi məqsədilə yaradılan akademiyanın təsis konfransında Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən olan elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Chosen
27
demedia.az

1Sources