EN

Cəfər Həsənov: “Üzeyir Hacıbəyli mükafatı”nı qazanmaq olduqca qürurvericidir

Bakı, 22 yanvar, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş və dahi bəstəkarın adını daşıyan müsabiqədə qalib olmaq həm qürurverici, həm də böyük məsuliyyətdir. Düşünürəm ki, gənc müəllim kimi bu mükafat gələcəkdə daha böyük uğurlara imza atmağıma ciddi təkan verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Üzeyir Hacıbəyli mükafatı”nın qalibi, Fikrət Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbinin müəllimi Cəfər Həsənov bildirib.

“Düşünürəm ki, bu müsabiqə gələcəkdə digər müəllim həmkarlarımız üçün də böyük stimul olacaq. Bu cür təşəbbüslər müəllimlərin peşəkarlığının, yaradıcılığının və pedaqoji fəaliyyətinin daha da inkişafına təkan verir”.

Cəfər Həsənov qeyd edib ki, burada əsas məqsəd peşəkar musiqiçilərin yetişdirilməsidir: “İnanıram ki, bundan sonra da daha böyük uğurlara imza atacaq, yeni nailiyyətlər əldə edəcək və istedadlı şagirdlər yetişdirəcəyik”.

Chosen
170
azertag.az

1Sources