“Azərbaycanda hazırda qrip virusu həddindən artıq çox yayılıb. Bu virusun ştamı daim dəyişir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, virusdan qorunmaq üçün insanlar peyvənd olunmalıdır:
“İnsanlar qripə qarşı vaksin olunsunlar. Qripin ştamlarına aid müraciətlər çoxdur. Lakin vəziyyətləri çox ağırlaşan pasiyent yoxdur. Stasionarda uşaqlar müalicə olunur. Ölüm halı və ağırlaşma yoxdur”.