EN

Zaxarova İranla bağlı xəbərdarlıq etdi

BAKI, 22 yanvar. TELEQRAF

“İrana səyahət etməyi planlaşdıran Rusiya vətəndaşlarına ölkədəki vəziyyət tam normallaşana qədər səfərlərini təxirə salmaları tövsiyə olunur”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Zaxarova həmçinin İranda olan həmvətənlərinə tövsiyələrini təkrarlayıb:

“Məqbul tədbirlərə əməl edin, hərbi və dövlət obyektlərinin foto və video çəkilişindən yayının. Yerli hüquq-mühafizə və kəşfiyyat orqanlarının təlimatlarına ciddi şəkildə əməl edin”.

Chosen
19
teleqraf.com

1Sources