EN

Ağdərə rayonunda məcburi köçkünlərin yurdlarına qayıdışı uğurla davam edir - FOTOLAR

"Böyük Qayıdış" layihəsi çərçivəsində işğaldan azad olunan əzəli və əbədi torpaqlarımıza qayıdış prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən uğurla davam etdirilir.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Komitə yanında İctimai Şuranın üzvü Səbuhi Səmədov verib. Onun sözlərinə görə, müşahidəçi qismində püşkatma prosesində iştirak etdik:

"Ata-baba yurdlarına qayıdış sevinclərinə şərik olduğumuz növbəti püşkatma tədbiri Ağdərə rayonunun Aşağı Oratağ və Heyvalı kəndlərindən olan keçmiş məcburi köçkünlərlə keçirildi. Qayıdışınız xeyirli, uğurlu olsun!"

Chosen
30
qht.az

1Sources