ABŞ-ın heç vaxt NATO-ya ehtiyacı olmayıb.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“Onlar bizə heç vaxt lazım olmayıb. Biz onlardan heç vaxt nəsə istəməmişik”, – Tramp vurğulayıb.
O bildirib ki, əvvəlki dövrlərdə NATO-nun müdafiə xərclərini alyans ölkələri yox, ABŞ ödəyib. /APA /