EN

Gəncədə zəncirvari qəza - Yaralananlar var - Fotolar

Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, “Opel”, “Ford” və “Hyundai” avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
21
6
sitat.info

8Sources