EN

Gəncədə Veteranlar Evi yandı - Video

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Missiya.az xəbər verir ki, hadisə Gəncə Dəmir Yolu Vağzalının yaxınlığında yerləşən Dəmir Yolu parkında, köhnə və uzun müddətdir fəaliyyətdə olmayan Veteranlar evində baş verib.

İlkin məlumatlara görə, son vaxtlar sözügedən ərazidə gecələyən dilənçilərin isinmək məqsədilə qaladıqları ocaq yanğına səbəb olub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.

Chosen
29
missiya.az

1Sources